Zəfər Günü ərəfəsində DSX rəhbərliyi şəhid ailələrini ziyarət edib

Zəfər Günü ərəfəsində DSX rəhbərliyi şəhid ailələrini ziyarət edib

Dövlət Sərhəd Xidmətinin (DSX) rəisi general-polkovnik Elçin Quliyev və xidmətin general heyəti tərəfindən Vətən müharibəsinin 4-cü ildönümü ərəfəsində şəhid ailələri ziyarət edilərək onların qayğıları öyrənilib, ailələrə bayram hədiyyələri və sovqatlar təqdim olunub.

Bu barədə “Poliqon“a Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən məlumat verilib.

Bildirilib ki, Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyev və Birinci vitse-prezident xanım Mehriban Əliyevanın rəhbərliyi ilə həyata keçirilən dövlət siyasətinin əsas istiqamətlərindən biri dövlətimizin ərazi bütövlüyü və suverenliyi uğrunda canından keçmiş şəhidlərimizin ailələrinə, eləcə də qazilərilərə göstərilən böyük diqqət və qayğıdır.

Şəhidlərimizin ailələri şəhidlərə, qazilərə və onların ailələrinə göstərdikləri diqqət və qayğıya görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildirib, qazanılan qələbədə övladlarının da payı olduğu üçün fəxr etdiklərini böyük qürur hissi ilə ifadə ediblər.

Vətən uğrunda canlarından keçən qəhrəmanların xatirələrinin əziz tutulacağı, ideallarının daim yaşadılacağı və sərhədçilərin dövlət sərhədlərimizi bundan sonra da qətiyyətlə qoruyacağı ifadə edilib.

CATEGORIES
TAGS