Zəfər Günündə AzTU-nun şəhid məzunlarının ailələri ziyarət olunub

Zəfər Günündə AzTU-nun şəhid məzunlarının ailələri ziyarət olunub

Azərbaycan Texniki Universitetinin (AzTU) əməkdaşları Zəfər Günündə universitetin məzunları, Vətən müharibəsində şəhidlik zirvəsinə ucalan Rəşad Mehdiyev və Rəşad Zeynallının ailələsini ziyarət edib.

Bu barədə “Poliqon”a Azərbaycan Texniki Universitetinin mətbuat xidmətindən məlumat verilib.

Qeyd olunub ki, Rəşad Mehdiyev və Rəşad Zeynallı həm nümunəvi tələbə, həm də vətənpərvər gənc kimi yaddaşlarda qalıb.

O da bildirilib ki, universitetdə şəhidlərin əziz xatirəsi hər zaman yad olunur və bu belə də davam edəcək.

Poliqon.az

CATEGORIES
TAGS