Zelenski danışıqlar aparmaq üçün Rusiyaya Bakını və digər təhlükəsiz şəhərləri təklif edib

Zelenski danışıqlar aparmaq üçün Rusiyaya Bakını və digər təhlükəsiz şəhərləri təklif edib

Ukrayna Prezidenti Volodimir Zelenski Rusiya ilə sülh və danışıqlara hazır olduğunu, lakin, Ukraynaya qarşı təcavüzkar hərəkətlər etdiyindən dolayı danışqların Belarusun Minsk şəhərində deyil, digər şəhərlərdə keçirilməsinə razılığını ifadə edib.

“Poliqon” Ukrayna Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, Ukrayna Prezidenti Volodimir Zelenski danışıqlar üçün Rusiyaya daha təhlükəsiz şəhərlər olan Bakı, İstanbul, Budapeşt, Varşavanı və raketlərin Ukraynaya uçmadığı hər hansı digər şəhərləri təklif edib.

Zelenski Rusiya Ordusu tərəfindən Ukraynada mülki yaşayış məntəqələrinin, infrastrukturun, uşaq bağçalarının, hətta təcili yardım maşınlarının bombalanmasını, artilleriya qurğularından də atəş açılmasını bildirib.

Poliqon.az

CATEGORIES
TAGS