Zireh dələn döyüş başlıqlı KARGU PUA növbəti ixrac uğurunu qazanıb

Zireh dələn döyüş başlıqlı KARGU PUA növbəti ixrac uğurunu qazanıb

STM şirkətinin istehsalı olan zireh dələn döyüş başlıqlı KARGU kamikadze pilotsuz uçuş aparatı (PUA) növbəti ixracat uğuruna imza atıb.

“Poliqon” STM-ə istinadən xəbər verir ki, bununla da zireh dələn döyüş başlıqlı KARGU artıq iki xarici müştəri tərəfindən seçilmiş olub.

Yerli imkanlarla hazırlanan və terrorla mübarizədə effektiv şəkildə istifadə olunan Türkiyənin ilk milli zərbə PUA-sı KARGU-ya ötən il şirkət tərəfindən zireh dələn döyüş başlığı inteqrasiya edilib. İntensiv inkişaf mərhələsindən sonra meydana çıxan zireh dələn KARGU, sınaqlarda təyin edilən hədəfləri tam dəqiqliklə vurub.

Sınaqlarda hədəfləri yüksək dəqiqliklə vurduqdan sonra diqqətləri üzərinə çəkən zireh dələn başlıqlı KARGU-nun ötən ay ilk ixrac müqaviləsi imzalanıb.

“Türkiyə və 10-dan çox ölkənin inventarında olan milli zərbə PUA-mız KARGU-nun zireh dələn döyüş başlıqlı versiyasının ikinci ixracatını həyata keçirdik. Milli mühəndislik imkanlarımızla müdafiə qabiliyyətimizi artırmağa və beynəlxalq müdafiə əməkdaşlığımızı gücləndirməyə davam edəcəyik”, – deyə STM şirkətinin baş direktoru Özgür Güleryüz bildirib.

İctimaiyyətdə kamikadze PUA kimi də tanın KARGU, STM tərəfindən yerli və imkanlala hazırlanıb. 2018-ci ildə Türkiyə Silahlı Qüvvələrinin (TSK) inventarına girən KARGU, TSK başqa olmaqla, Türkiyədə müxtəlif təhlükəsizlik qüvvələri tərəfindən terrorla mübarizə, xüsusi missiyalar və transsərhəd əməliyyatlarında effektiv şəkildə istifadə edilir. Qlobal arenada diqqətləri üzərinə çəkən KARGU, 2021-ci ildə ilk ixrac uğuruna imza atıb və 2024-cü gəldikdə üç fərqli qitədə 10-dan çox ölkəyə ixrac olunub.

İstifadəçi personal əməliyyat meydanındakı anlıq vəziyyətə görə, KARGU-dan piyada əleyhinə başlığı çıxarıb, tez zireh dələn başlıqla əvəz edə bilər. Piyada əleyhinə başlıqlı KARGU tək və qrup halındakı düşmən elementlərinə qarşı istifadə olunarkən, zireh dələn başlıqlı KARGU isə mobil və sabit quru hədəflərinə, dayanıqlı tikililərə və zirehli maşınlara qarşı istifadə edilir.

Aşağı radar görünürlüyünə sahib olan KARGU, düşmən ərazisində aşkarlanması çətin sistemdir və tək bir əsgər tərəfindən asanlıqla daşınıb, əməliyyat bölgəsində 1 dəqiqə içində qurula bilir. Milli zərbə PUA-sı KARGU, sahib olduğu süni intellekt və görüntü emalı qabiliyyətləri, səssizliyi, daşıdığı partlayıcını hədəfə dəqiq çatdırmaq bacarığı ilə mühüm sürpriz təsiri və əməliyyat üstünlüyü təmin edir.

Zərbə PUA-sı və yer idarəetmə stansiyasından ibarət KARGU, malik olduğu qabaqcıl elektro-optik və infraqırmızı kameralar vasitəsi ilə gecə-gündüz effektiv şəkildə tapşırıqları icra edə bilir. 30 dəqiqədən çox havada qala bilən KARGU, 10 km mənzilə sahibdir.

Tapşırığın ləğvi, bazaya dönüş və özünü məhv etmə kimi imkanlara malik olan KARGU, yüksək performanslı naviqasiya və idarəetmə alqoritmləri ilə təchiz olunub. KARGU-ların sürü halında fəaliyyət göstərməsinə imkan verən sürü PUA texnologiyası ilə yanaşı, GPS-dən asılı olmadan fəaliyyət göstərməyə şərait yaradan KERKES Proyekti də mövcuddur.

CATEGORIES
TAGS