ZTR ekipajları döyüş vərdişlərini təkmilləşdirir

ZTR ekipajları döyüş vərdişlərini təkmilləşdirir

2021-ci ilin döyüş hazırlığı planına uyğun olaraq zirehli transportyorların (ZTR) ekipajları döyüş vərdişlərini təkmilləşdirir.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən “Poliqon”a verilən məlumata görə, ümumqoşun poliqonlarında keçirilən təlimlər zamanı bölmələrin şəxsi heyəti  ZTR ekipajları ilə qarşılıqlı əlaqədə müxtəlif döyüş tapşırıqlarını uğurla icra edir.

Bildirilib ki, məşqlərin əsas məqsədi şəxsi heyətin döyüş hazırlığının artırılması, döyüş maşınlarının çətin keçilən ərazilərdə idarə edilməsi və real döyüş şəraitində tətbiqi üzrə peşəkarlığın yüksəldilməsidir.

ztr2

Poliqon.az

CATEGORIES
TAGS