2022-ci il ərzində 550 halda 774 nəfər dövlət sərhədini pozmağa cəhd göstərib

2022-ci il ərzində 550 halda 774 nəfər dövlət sərhədini pozmağa cəhd göstərib

2022-ci il ərzində 550 halda 774 nəfər tərəfindən dövlət sərhədinin pozulmasına cəhd edilib və Azərbycan sərhədçilərinin sayıqlığı nəticəsində bu halların qarşısı alınıb.

“Poliqon” xəbər verir ki, bu barədə Dövlət Sərhəd Xidmətinin 2022-ci ildə xidməti-döyüş fəaliyyətinin yekunlarına həsr olunmuş hesabat müşavirədə deyilib.

Bildirilib ki, 2022-ci il ərzində 1 ton 383 kiloqram 507 qram narkotik vasitənin, 36 milyon 592 min 485 manat dəyərində qaçaqmalın dövlət sərhədindən qanunsuz keçirilməsinin qarşısı alınıb, 24 ton 683 kq narkotik xassəli bitki məhv olunub.

Həmçinin dövlət sərhədini pozduqlarına görə 559 nəfər, sərhəd rejimini pozduqlarına görə 9827, axtarışda olan 2843, saxta sənədlərlə 319, özgəsinə məxsus sənədlə 6, gizli şəkildə sərhəd nəzarəti məntəqələrindən keçməyə cəhd edərkən 1 nəfər saxlanılıb. Bütün bu hallarda sərhəd naryadları tərəfindən sərhəd pozucularına qarşı təlimata uyğun silah tətbiq olunması nəticəsində 2 halda 2 nəfər yaralanıb, 4 halda 4 nəfər sərhəd pozucusu həyatını itirib.

Poliqon.az

CATEGORIES