
Türkiyə Silahlı Qüvvələrinin arsenalı yerli müdafiə sənayesi məhsulları ilə gücləndirilir.
“Poliqon” Türkiyə Milli Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, bu çərçivədə Quru Qoşunları Komandanlığı müxtəlif sayda TAYFUN Blok-2 ballistik raketini, Hərbi Hava Qüvvələri Komandanlığı isə 2 ədəd HÜRKUŞ-II təlim təyyarəsini inventarına daxil edib.
Nazirliyin bildirdiyinə görə, Türkiyənin yerli və milli müdafiə sənayesi tərəfindən istehsal olunan döyüş vasitələri, texnika və sursatlarla Silahlı Qüvvələrin gücünün və əməliyyat effektivliyinin artırılması istiqamətində işlər davam etdirilir.





