2023-cü ilin dövlət büdcəsində milli təhlükəsizlik xərcləri artırılır

2023-cü ilin dövlət büdcəsində milli təhlükəsizlik xərcləri artırılır

Gələn ilin dövlət büdcəsində müdafiə və milli təhlükəsizlik bölməsi üzrə xərclər artırılır.

“Poliqon” xəbər verir ki, bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında üçüncü oxunuşda müzakirəyə çıxarılmış “Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsi haqqında” qanun layihəsində əksini tapıb.

Qanun layihəsinin yeni redaksiyasına əsasən, 2023-cü il dövlət büdcəsindən müdafiə və milli təhlükəsizlik xərclərinə ayrılan vəsait 11.117.500 manat artırılaraq, 5.331.211.093 manat təşkil edəcək. Qanun layihəsinin əvvəlki redaksiyasında 2023-cü il dövlət büdcəsindən müdafiə və milli təhlükəsizlik xərclərinə ayrılan vəsait 5.320.093.593 manat təşkil edirdi.

Qanun layihəsinin yeni redaksiyasına əsasən, artırılan vəsait bu bölmə üzrə milli təhlükəsizlik xərclərinə yönəldiləcək. Beləliklə, dövlət büdcəsindən milli təhlükəsizlik xərclərinə ayrılan vəsait 375.354.411 manat olacaq. Əvvəl bu, 364.236.911 manat təşkil edirdi.

Poliqon.az

KATEQORIYA:
Bu xəbəri paylaş