350-ci MH-60R helikopteri ABŞ HDQ-yə çatdırılıb

350-ci MH-60R helikopteri ABŞ HDQ-yə çatdırılıb

“Lockheed Martin” şirkəti ABŞ Hərbi Dəniz Qüvvələrinə (HDQ) 350-ci MH-60R “Romeo” helikopterini təhvil verib.

“Poliqon” “Lockheed Martin”ə istinadən xəbər verir ki, helikopter ABŞ Donanmasının HSM-41 Helikopter Dəniz Hücumları Təlim Qrupunun istismarına təqdim edilib.

“Sikorsky” şirkətinin (“Lockheed Martin”in tərkibinə daxildir) istehsal etdiyi MH-60R qabaqcıl sensorları, inteqrasiya olunmuş əməliyyat sistemləri, dəqiq silahları və şəbəkə mərkəzli qabiliyyəti sayəsində qlobal miqyasda ən qabaqcıl ASW helikopteri kimi tanınır. Şirkətin bildirdiyinə görə, onun əməliyyatdakı sınaqdan çıxmış performansı, getdikcə daha güclü sualtı təhdidlərlə mübarizədə əvəzolunmaz bir vasitə olduğunu göstərir.

Toplamda bir milyondan çon uçuş saatına sahib MH-60R helikopteri ABŞ, Avstraliya, Danimarka, Səudiyyə Ərəbistanı, Hindistan, Yunanıstan və Cənubi Koreyaya tərəfindən istifadə edilir.

CATEGORIES