7.62 mm-lik “Çukavin” snayper tüfəngi Rusiya DİN-in silahlanmasına qəbul olunub

7.62 mm-lik “Çukavin” snayper tüfəngi Rusiya DİN-in silahlanmasına qəbul olunub

“Kalaşnikov” konserni tərəfindən istehsal olunan 7.62 mm-lik “Çukavin” snayper tüfəngi (SVÇ) Rusiya Daxili İşlər Nazirliyinin (DİN) silahlanmasına qəbul edilib.

“Poliqon” xəbər verir ki, bu barədə “Kalaşnikov” konserni məlumat yayıb.

SVÇ düşmənin canlı qüvvəsini, atəş nöqtələrini və zirehsiz texnikasını 1000 metrədək məsafədə məhv etmək üçün nəzərdə tutulub. Snayper tüfənginin konstruksiyası öz sinfinin müasir erqonomik tələblərinə tam cavab verir.

Silah zərbəyə davamlı polimer materialdan hazırlanmış erqonomik əl dəstəyinə və tənzimlənə bilən zərbə-tətik mexanizminə malikdir. Üst hissəsində yerləşən “Pikatinni” relsi müasir nişangahların və digər nişangah komplekslərinin quraşdırılmasına imkan verir.

“Çukavin” snayper tüfənginin maqazinsiz çəkisi 4.8 kq, ümumi uzunluğu 1170 mm, lülə uzunluğu isə 620 mm təşkil edir.

Xatırladaq ki, “Kalaşnikov” 7.62 mm-lik “Çukavin” snayper tüfənglərinin ilk seriyalı istehsalını 2023-cü ilin dekabr ayında həyata keçirib. Xüsusi hərbi əməliyyat zonasında SVÇ-yə tələbatın yüksək olması səbəbindən konsern 2024-cü ildən bəri onun istehsal həcmini artırır. 2026-cı il üzrə dövlət və ixrac müqavilələri portfeli isə bu silah üçün sifarişlərin əhəmiyyətli dərəcədə artdığını göstərir.

CATEGORIES