
Ukraynada iriçaplı pulemyotla silahlandırılan yerüstü robotun istismarına icazə verilib
Ukrayna Müdafiə Nazirliyi yerli istehsal olan D-21-12R yerüstü robot kompleksini kodlaşdıraraq Silahlı Qüvvələr tərəfindən istismarına icazə verib.
“Poliqon” xəbər verir ki, bu barədə Ukrayna Müdafiə Nazirliyi məlumat yayıb.
Məlumatda bildirilib ki, yerüstü robot kompleksi iriçaplı pulemyotla təchiz edilib. O, müşahidə, patrul, atəş dəstəyi, düşmən canlı qüvvəsinin zərərsizləşdirilməsi, yüngül zirehli texnikanın məhv edilməsi və s. kimi müxtəlif tapşırıqları yerinə yetirə bilər.
Kompleks yolsuzluqda, bataqlıqda və dayaz su maneələri üzərində yüksək keçicilik qabiliyyətinə malikdir. Operator uzaq məsafədə mühafizə olunan sığınacaqdan D-21-12R robotunu təhlükəsiz şəkildə idarə edə bilər.