9 may hərbi paradı təxirə salınıb
İkinci Dünya Müharibəsində alman faşizmi üzərində qələbənin 75-ci ildönümü münasibəti ilə mayın 9-da Moskvada keçirilməsi planlaşdırılan Qələbə Paradı təxirə salınıb.
“AzeriDefence”nin Rusiya mediasına istinadən verdiyi məlumata görə, bu barədə Rusiya prezidenti Vladimir Putin Təhlükəsizlik Şurasının iclasında bildirib.
Koronavirus COVİD-19 infeksiyasının yayılması təhlükəsi ilə bağlı V.Putin Qələbə Paradının qeyri-müəyyən vaxtadək təxirə salındığını, lakin 2020-ci il ərzində keçiriləcəyini bəyan edib.
CATEGORIES Xəbərlər