Müdafiə Nazirliyi yaralanan hərbi qulluqçuların sayını açıqlayıb

Müdafiə Nazirliyi yaralanan hərbi qulluqçuların sayını açıqlayıb

12-14 sentyabr 2022-ci il tarixində Ermənistan silahlı qüvvələrinin genişmiqyaslı təxribatının qarşısını alarkən Azərbaycan Silahlı Qüvvələrinin 282 hərbi qulluqçusu yaralanıb və müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən “Poliqon”a verilən məlumata görə, yaralanan 282 hərbi qulluqçudan 43 nəfəri ilkin tibbi yardımdan sonra ordu sıralarına qayıdıb, 115 nəfərin vəziyyəti kafi, 103 nəfər orta-ağır, 21 nəfərin vəziyyəti isə ağır olaraq qiymətləndirilir.

Eyni zamanda Ermənistan silahlı qüvvələrinin təxribatı nəticəsində Azərbaycan tərəfindən 2 mülki şəxs də yaralanıb. Yaralanan mülki şəxsdən 1 nəfər ilkin tibbi yardımdan sonra evə buraxılıb, 1 nəfərin vəziyyəti isə orta-ağır qiymətləndirilir.

Müdafiə Nazirliyi qeyd edib ki, yaralanmış hərbi qulluqçulara ən peşəkar hərbi-həkim heyəti və digər tibb personalları tərəfindən xidmət göstərilir.

Poliqon.az

KATEQORIYA: