Rumıniya F-16 qırıcılarını təkmilləşdirmək üçün ABŞ-dan dəstlər alır
ABŞ hökuməti F-16 döyüş təyyarələrini təkmilləşdirmək üçün lazım olan dəstlərin Rumıniyaya satışını təsdiqləyib.
“Poliqon” ABŞ-ın Müdafiə Təhlükəsizliyi Əməkdaşlıq Agentliyinə (DSCA) istinadən xəbər verir ki, bu dəstlər Rumıniyanın Norveçdən aldığı 32 ədəd F-16 Blok 10/15 qırıcılarının təkmilləşdirilməsində istifadə olunacaq.
Bildirilib ki, “Lockheed Martin” şirkəti tərəfindən yerinə yetiriləcək sifarişin ümumi dəyəri 105 milyon ABŞ dolları təşkil edir.
Sifarişə daxildir:
- KY-58M və KIV-78 kriptoqrafik cihazları;
- AN/PYQ-10C sistemləri;
- Birgə missiya planlaşdırma sistemləri;
- Gecəgörmə cihazları (NVD);
- Təhlükəsiz rabitə avadanlıqları;
- Dəqiq naviqasiya cihazları;
- Mühəndislik, texniki qulluq, logistika dəstəyi xidmətləri və s.
CATEGORIES Hava