Türkiyə müdafiə sənayesinin ixracatı 3 milyard dolları ötüb
Türkiyə İxrcatçılar Məclisi (TİM) müdafiə və aviasiya sənayesi sektorunun 2023-cü ilin iyul ayında ixrac etdiyi məhsulların dəyərini açıqlayıb.
“Poliqon” TİM-ə istinadən xəbər verir ki, Türkiyənin müdafiə və aviasiya sənayesi şirkətləri cari ilin iyulunda 657.5 milyon ABŞ dolları dəyərində məhsul ixrac edib.
Ötən ilin eyni dövrü ilə müqayisədə (2022-ci il iyul – 294.3 milyon) 2023-cü ilin iyul ayında ixrac olunan məhsulların dəyəri artıb.
Qeyd edək ki, 2023 il üçün ixracat hədəfi 6 milyard dollar olaraq müəyyənləşdirilən Türkiyə müdafiə sənayesinin cari il üzrə hazırkı ixracı 3 milyard ABŞ dollarını ötüb.