![“Qafqaz Qartalı-2024” təlimində birgə fəaliyyətlər icra olunub – VIDEO “Qafqaz Qartalı-2024” təlimində birgə fəaliyyətlər icra olunub – VIDEO](https://poliqon.az/wp-content/uploads/2024/06/3003f36973cb0a0ff7ff7f2e4c28b09c.jpg)
“Qafqaz Qartalı-2024” təlimində birgə fəaliyyətlər icra olunub – VIDEO
Azərbaycanda keçirilən “Qafqaz Qartalı-2024” təlimində xüsusi təyinatlılar yüksək peşəkarlıq nümayiş etdirirlər.
Müdafiə Nazirliyinin Mətbuat Xidmətindən “Poliqon”a verilən məlumata görə, birgə təlimin növbəti mərhələsində şərti düşmənin yerləşmə məntəqəsi müəyyən olunaraq zərbə PUA-sının tətbiqi ilə qəfil basqın icra edilib, onun canlı qüvvəsi zərərsizləşdirilib.
“Qafqaz Qartalı-2024” təlimində qarşıya qoyulan tapşırıqlar Azərbaycan, Türkiyə və Gürcüstanın hərbi qulluqçuları tərəfindən müvəffəqiyyətlə icra olunur.