QuruXəbərlər

Türkiyə Quru Qoşunları inventarını yeni “Fırtına-2” ÖAQ-larla gücləndirir

Türkiyə Quru Qoşunları Komandanlığı açıqlanmayan sayda “Fırtına-2” özüyeriyən artilleriya qurğusunu (ÖAQ) inventarına daxil edib.

“Poliqon” xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.

Bununla yanaşı, MKE şirkəti tərəfindən həftə ərzində müxtəlif sayda və çapda silah-sursat da Türkiyə Silahlı Qüvvələrinə təhvil verilib.

Qeyd olunub ki, Türkiyə müdafiə sənayesinin bütün sahələrində yerli və milli imkanlarla hazırlanmış strateji və yüksək texnologiyalı məhsulların istehsalı və ordunun inventarına daxil edilməsi davam etdirilir. Bu fəaliyyətlər Türkiyə Silahlı Qüvvələrinin döyüş qabiliyyətinin və əməliyyat effektivliyinin daha da artırılmasına xidmət edir.

Back to top button