![ANAMA azad olunan ərazilərdə 348 ədəd mina aşkarlayıb ANAMA azad olunan ərazilərdə 348 ədəd mina aşkarlayıb](https://poliqon.az/wp-content/uploads/2021/09/anama.jpeg)
ANAMA azad olunan ərazilərdə 348 ədəd mina aşkarlayıb
Azərbaycan Minatəmizləmə Agentliyi (ANAMA) tərəfindən işğaldan azad edilmiş ərazilərin mina və partlamamış hərbi sursatlardan (PHS) təmizlənməsi əməliyyatları davam edir.
ANAMA-dan “Poliqon”a verilən məlumata görə, təmizləmə əməliyyatları Tərtər, Ağdam, Xocavənd, Füzuli, Zəngilan, Qubadlı, Cəbrayıl, Laçın rayonları və Şuşa şəhəri ərazisində aparılıb.
2023-cü il avqustun 21-dən 27-nə qədər aparılan minatəmizləmə əməliyyatları zamanı 528.1 ha ərazi yoxlanılıb, 256 ədəd piyada əleyhinə mina, 92 ədəd tank əleyhinə mina və 71 ədəd PHS aşkar olunaraq zərərsizləşdirilib.