İlham Əliyev ilə “Indra” şirkətinin prezidenti arasında görüş olub
Fevralın 17-də Münxendə Azərbaycan Prezidenti İlham Əliyev ilə qarşı tərəfin müraciətinə əsasən “Indra” şirkətinin prezidenti, idarə heyətinin sədri Mark Tomas Murtranın görüşü olub.
“Poliqon” Azərbaycan Prezindetnin rəsmi saytına istinadən xəbər verir ki, görüşdə ötən illər ərzində şirkət ilə Azərbaycan arasında qurulmuş əməkdaşlıqdan məmnunluq ifadə olunub, bu əməkdaşlığın uğurla inkişaf etdiyi vurğulanıb.
Söhbət zamanı bir sıra yeni layihələr barədə fikir mübadiləsi aparılıb və əməkdaşlığın davam etdirilməsinə qarşılıqlı maraq ifadə olunub.
CATEGORIES Xəbərlər
TAGS Manşet