STM şirkəti MRSS çoxməqsədli dəstək gəmisini ilk dəfə təqdim edib

STM şirkəti MRSS çoxməqsədli dəstək gəmisini ilk dəfə təqdim edib

Türkiyənin dəniz mühəndisliyi sahəsindəki gücü olan STM şirkəti tərəfindən milli imkanlarla dizayn edilən çoxməqsədli dəstək gəmisi (MRSS) Malayziyada keçirilən LIMA-2025 sərgisində ilk dəfə təqdim olunub.

“Poliqon” STM-ə istinadən xəbər verir ki, zirehli bölmələrin daşınmasını təmin edərək amfibiya əməliyyatları dəstəkləyəcək MRSS, dənizdə lojistika dəstəyi ilə yanaşı, gəmidə yerləşən inkişaf etmiş tibbi dəstək bölmələri sayəsində qurudan müdaxilənin çətin olduğu böhran və fəlakət bölgələrində tam təchizatlı xəstəxana kimi istifadə edilə və lazım gəldikdə KBRN (kimyəvi, bioloji, radioaktiv və nüvə) şəraitində belə təxliyə əməliyyatlarını yerinə yetirə biləcək.

Sərgidə təqdimat zamanı çıxış edən STM-in baş direktoru Özgür Güleryüz, Türkiyə Hərbi Dəniz Qüvvələrinin ən böyük həll ortağı olduqlarını və Portuqaliya, Ukrayna, Pakistan, Malayziya üçün müasir dəniz platformaları inşa etdiklərini bildirib.

O xatırladıb ki, LMS Batch-2 proqramı çərçivəsində Malayziya Kral Donanması üçün üç korvetin inşası STM tərəfindən ötən il Türkiyədə başladılıb.

“Mühəndislik qabiliyyətlərimizlə yeni əməkdaşlıqlara zəmin yaradacaq bir platformanı ilk dəfə Malayziyada LIMA sərgisində nümayiş etdiririk. Malayziya Hərbi Dəniz Qüvvələrinin tələbləri nəzərə alaraq orijinal şəkildə dizayn etdiyimiz çoxməqsədli dəstək gəmisi (MRSS) əməliyyat ehtiyaclarına çox yönlü şəkildə cavab verə bilən innovativ platformadır. Yüksək əməliyyat çevikliyi təqdim edən MRSS, həm amfibiya əməliyyatları, həm də dənizdə logistika dəstəyi missiyalarını uğurla yerinə yetirə biləcək.

MRSS, 14 ədəd tank, 9 ədəd amfibiya tipli texnika, 500 amfibiya personalı, 2 ədəd 15 tonluq helikopter daşıma qabiliyyəti ilə desant çıxarma əməliyyatlarında təsirli olacaq bir sıra xüsusiyyətlərə malikdir. O, təkcə hərbi deyil, humanitar yardım əməliyyatlarında da fəal rol oynayacaq. Təxliyə əməliyyatından xəstəxana gəmisi kimi istifadəyə, helikopter əməliyyatlarından axtarış-xilasetmə missiyalarının dəstəklənməsinə qədər donanmaların dənizlərdəki əməliyyat effektivliyini artıracaq. Uzun müddətli əməliyyatlar üçün maddi baxımdan sərfəli və effektiv bir dizayn ortaya qoyduq”, – deyə STM-in baş direktoru qeyd edib.

Əsas tapşırıq sahələri:

  • Amfibiya əməliyyatlar;
  • Dənizdə döyüş birliklərinə lojistik dəstək;
  • Dənizdə bayraq nümayişi, kəşfiyyat və patrul fəaliyyəti;
  • Dənizdə nəqliyyat əməliyyatları;
  • Dənizdən komanda və idarəetmə əməliyyatları.

İkinci dərəcəli tapşırıq sahələri:

  • Təxliyə əməliyyatları;
  • Humanitar dəstək və fəlakət yardım missiyaları;
  • Müharibədənkənar hərbi əməliyyatlar;
  • Tibbi dəstək;
  • Helikopter əməliyyatları;
  • Axtarış və xilasetmə əməliyyatları.

Texniki xüsusiyyətləri:

  • Tam uzunluq – 153 metr;
  • Eni – 24 metr;
  • Su basımı – 9700 ton;
  • Dənizdə qalma müddəti – 30 gün;
  • Maksimum sürət – 18+ knot;
  • Mənzil – 14 knot sürətlə 8000 dəniz mili.

Daşıma qabiliyyəti:

  • Ekipaj – 150 nəfər + 500 nəfərlik amfibiya heyət;
  • 2 ədəd sürətli desant gəmisi;
  • 800 m² tank göyərtəsi (14 ədəd tank, 9 ədəd amfibiya tipli texnika);
  • 2 ədəd 15 tonluq helikopter + 2 ədəd anqar;
  • 2 ədəd 10 metrlik sürətli bərə;
  • Yanacaq – 630 ton;
  • Şirin su – 215 ton.

Silah Sistemləri

  • 1 x 76 mm-lik əsas top;
  • 4 x 12.7 mm-lik uzaqdan idarə olunan sabitləşdirilmiş silah sistemi;
  • 2 x Chaff/IR Decoy Launcher.

1747723372 stm mrss lima2025 1

CATEGORIES
TAGS