ABŞ Ordusu əlavə PrSM raketi sifariş edib

ABŞ Ordusu əlavə PrSM raketi sifariş edib

ABŞ Ordusu “Lockheed Martin” şirkətinə əlavə PrSM (Precision Strike Missiles) raketləri sifariş edib.

“Poliqon” “Lockheed Martin”ə istinadən xəbər verir ki, bununla bağlı tərəflər arasında 219 milyon ABŞ dolları dəyərində müqavilə imzalanıb.

PrSM istənilən hava şəraitində yüksək dəqiqliklə idarə olunan raketdir. O, həm M270A1, həm də M142 “HIMARS” (High Mobility Artillery Rocket System) yaylım atəşli reaktiv sistemindən (YARS, MLRS – Multiple Launch Rocket System) buraxılır.

PrSM raketi düşmənin hava hücumundan müdafiə vasitələrinə, raket buraxma qurğularına, idarəetmə qovşaqlarına, qoşunların cəmləşmə rayonlarına və 400 kilometrdən artıq məsafədə yerləşən xüsusilə mühüm döyüş meydanı hədəflərinə zərbələr endirmək üçün təyin edilib. Raketin minimal atış məsafəsi 60 km-dir.

PrSM raketi kasset döyüş başlıqlı “yer-yer” sinif MGM-140 ATACMS (MGM-140 Army Tactical Missile System) taktiki raket kompleksini əvəz etmək üçün yaradılıb. İki PrSM raketi bir standart “HIMARS/M270” YARS paketinə yerləşdirilib.

Qeyd edək ki, “Lockheed Martin” şirkəti tərəfindən seriyalı istehsal olunan PrSM raketlərinin ilk partiyası 2023-cü ilin dekabr ayında ABŞ Ordusuna təhvil verilib.

CATEGORIES
TAGS