“Laçın” dövlət sərhədindən buraxılış məntəqəsinin qurulmasının ildönümüdür
Bu gün “Laçın” dövlət sərhədindən buraxılış məntəqəsinin qurulmasının ildönümüdür.
“Poliqon” xəbər verir ki, 2023-cü il 23 aprel tarixində Dövlət Sərhəd Xidmətinin bölmələri tərəfindən Azərbaycanın suveren ərazilərində, Laçın-Xankəndi yolunun başlanğıcında “Laçın” dövlət sərhədindən buraxılış məntəqəsi qurulub.
2023-cü ilin 26 aprelində yeni yaradılan məntəqədə Azərbaycan bayrağının ucaldılması mərasimi keçirilib və dövlət sərhədindən buraxılış məntəqəsindən Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevə məruzə edilib.
TAGS Manşet