ANAMA 946 hektar ərazini mina və PHS-lərdən təmizləyib
Azərbaycan Minatəmizləmə Agentliyi (ANAMA) tərəfindən işğaldan azad olunmuş ərazilərin mina və partlamamış hərbi sursatlardan (PHS) təmizlənməsi əməliyyatları davam etdirilir.
ANAMA-dan “Poliqon”a verilən məlumata görə, təmizləmə əməliyyatları Kəlbəcər, Tərtər, Ağdərə, Ağdam, Xocalı, Xankəndi, Xocavənd, Füzuli, Zəngilan, Qubadlı, Cəbrayıl, Laçın və Şuşa ərazisində aparılıb.
2024-cü il iyunun 17-dən 23-nə qədər aparılan minatəmizləmə əməliyyatları zamanı 946.3 ha ərazi yoxlanılıb, 79 ədəd piyada əleyhinə mina, 108 ədəd tank əleyhinə mina və 204 ədəd PHS aşkar olunaraq zərərsizləşdirilib.