Türkiyədə “Gürhan” eksperimental ÖAQ-ın atəş sınaqları keçirilib

Türkiyədə “Gürhan” eksperimental ÖAQ-ın atəş sınaqları keçirilib

Türkiyənin eksperimental hibrid güc qurğusuna (mühərrikə) malik “Gürhan” tırtıllı özüyeriyən artilleriya qurğusunun (ÖAQ) atəş sınaqları başa çatıb.

“Poliqon”un “Turdef” nəşrinə istinadən verdiyi xəbər görə, “Gürhan” (keçmiş adı “E-Fırtına”) adı ilə də tanınan, yeni, modernləşdirilimiş “Fırtına” tırtıllı ÖAQ eksperimental hibrid güc qurğusu və Türkiyə istehsalı olan yeni atəşi idarəetmə sistemi ilə təchiz edilib.

MKE (“Makina ve Kimya Endüstrisi”) şirkəti tərəfindən 2021-ci ildən hazırlanmaqda olan prototip hibrid mühərrikin xüsusiyyətlərini öyrənmək üçün nəzərdə tutulan sınaqların bir hissəsini başa çatdırıb.

“Gürhan” ÖAQ-ın güc qurğusu elektrik mühərriki və dizel generatorundan qidalanan akkumulyator batareyalarından ibarətdir. Elektrik mühərrikinin gücü 1300 at gücünə çatır ki, bu da T-155 “Fırtına” ÖAQ-da olan Almaniya istehsalı olan MTU MT 881 Ka-500 V8 mühərrikinin 1000 at gücündən xeyli çoxdur.

Bu güc qurğusu sualtı qayıqların dizel-elektrik sistemlərinə bənzəyir, burada dizel mühərrikləri pərvanəni döndərən elektrik ötürücü üçün generator kimi çıxış edir.

Hibrid güc qurğusu klassik daxili yanma mühərrikləri ilə müqayisədə bir sıra üstünlüklərə malikdir. Xüsusilə, onlar daha qənaətcil, etibarlı, saxlanması asan və planlı texniki qulluqlar arasında daha uzun intervallara malikdirlər.

Bundan başqa onlar mühərrik-transmissiya bölməsinin daha az istilik şüalanmasını təmin edir və işləyəndə daha sakitdir ki, bu da döyüş meydanında müəyyən taktiki üstünlüklər verir.

Bununla belə, Türkiyə üçün yeni güc qurğusunun əsas üstünlüyü onun ölkə daxilindəki müəssisələrdə lokallaşdırılmış istehsalı olmasıdır ki, bu da qovşaq və aqreqatlar tədarük edən digər ölkələrin diktə etdiyi ixrac məhdudiyyətlərindən yan keçməyə imkan verəcək.

Nəşrin məlumatında qeyd olunur ki, güc qurğusunun akkumulyatorları özüyeriyən haubitsadan çıxarıla və ayrıca dörd saat ərzində doldurula bilər. Qalan digər taktiki-texniki parametrlərinə görə “Gürhan” ÖAQ Türkiyə Quru Qoşunlarının atəş gücünün əsasını təşkil edən adi 155 mm-lik T-155 “Fırtına” özüyeriyən haubitsasının parametrlərinə uyğundur.

T-155 “Fırtına” ÖAQ-ın prioritet modernləşdirilməsi olan “Fırtına-NG” Türkiyə Silahlı Qüvvələrinə ilk dəfə 2023-cü ildə tədarük edilib və “EFES-2024” təlimlərində tətbiq olunub. Yeni modifikasiyada yenilənmiş atəşi idarəetmə sistemi, həmçinin optika funksiyasını yerinə yetirən və maçtada quraşdırılmış RCWS kimi mühüm təkmilləşdirmələr tətbiq edilib. Bundan başqa, ROKETSAN şirkətinin əyləc tənzimləməli və çoxrejimli partladıcı ilə MDK inersial tuşlama dəsti 2024-cü ildə ÖAQ-dan sınaqdan keçirilib.

Xatırladaq ki, iyul ayının sonunda Cənubi Koreyanın müdafiə sənayesi nəhəngi “Hanwha Aerospace” şirkəti rekord uzunluqda lüləli təkərli özüyeriyən 155 mm-lik haubitsa layihəsini təqdim edib (daha ətraflı: https://poliqon.az/cenubi-koreyada-tekerli-haubitsa…/).

Əhəd Vahidoğlu

CATEGORIES
TAGS