HÜRJET təlim təyyarəsinin ikinci prototipi ilk uçuşunu həyata keçirib – VİDEO

HÜRJET təlim təyyarəsinin ikinci prototipi ilk uçuşunu həyata keçirib – VİDEO

Türkiyənin TUSAŞ şirkəti tərəfindən inkişaf etdirilən HÜRJET təlim təyyarəsinin ikinci prototipi ilk uçuşunu həyata keçirib.

“Poliqon” TUSAŞ-a istinadən xəbər verir ki, uçuş zamanı 26 dəqiqə havada qalan ikinci prototip 10 min fut hündürlüyə qalxıb və 200 knot sürətə çatıb.

Xatırladaq ki, daha əvvəl HÜRJET-in ikinci prototipinin ilk uçuşunu oktyabrın 29-da yerinə yetirməsi gözlənilirdi.

HÜRJET təlim təyyarəsinin birinci prototipi ilk uçuşunu 2023-cü ilin aprel ayında həyata keçirib və həmin tarixdən indiyə kimi 100-dən çox uçuş sınağı yerinə yetirib.

HÜRJET, döyüş təyyarəsi pilotlarının hazırlanması üçün nəzərdə tutulmuş tək mühərrikli və tandem oturacaqlı təlim təyyarəsidir. Onun uzunluğu 13.6 m, hündürlüyü 5.1 m və qanad açıqlığı 9.5 metrdir. Maksimum uçuş sürəti 1.4 mach olan təlim təyyarəsinin uçuş tavanı 13-14 km və əməliyyat mənzili 2222 km təşkil edir.

CATEGORIES
TAGS