Bakıda NATO-nun Mobil Təlim Qrupunun kursu keçirilib

Bakıda NATO-nun Mobil Təlim Qrupunun kursu keçirilib

Azərbaycan Müdafiə Nazirliyi və NATO arasında 2026-cı il üçün Fərdi Tərəfdaşlıq üzrə Əməkdaşlıq Proqramına (IPCP) əsasən, Bakıda NATO-nun Brunssumda yerləşən Müştərək Qüvvələr Komandanlığının mobil təlim qrupunun ekspertləri tərəfindən “NATO-da logistikanın planlaşdırılması” mövzusunda təlim kursu keçirilib.

Müdafiə Nazirliyindən “Poliqon”a verilən məlumata görə, kurs ərzində “Əməliyyatlar zamanı əməliyyat planlama prosesində logistikanın təşkili” ssenarisi üzrə tapşırıqların yerinə yetirilməsi ilə bağlı nəzəri və praktiki məşğələlər təşkil olunub, həmçinin hərbi qulluqçulara NATO ilə ümumi tanışlıq və logistika ilə əlaqədar müxtəlif brifinqlər təqdim edilib.

Kursun sonunda iştirakçılara sertifikatlar verilib.

8fc9878b3236d4c561cf5d53ac3e100e

CATEGORIES