Azərbaycan müdafiə naziri Özbəkistan Təhlükəsizlik Şurasının katibi ilə görüşüb

Azərbaycan müdafiə naziri Özbəkistan Təhlükəsizlik Şurasının katibi ilə görüşüb

İyunun 13-də Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov ölkəmizdə rəsmi səfərdə olan Özbəkistan Prezidenti yanında Təhlükəsizlik Şurasının katibi Viktor Mahmudov ilə görüşüb.

Müdafiə Nazirliyindən “Poliqon”a verilən məlumata görə, müdafiə naziri qonağı salamlayıb və onu ölkəmizdə görməkdən məmnun olduğunu bildirib.

Dövlət başçılarının dostluq münasibətlərinin ölkələrimiz arasında əməkdaşlığa böyük töhfə verdiyini vurğulayan nazir hərbi əlaqələrimizin daha da genişləndirilməsinin vacibliyini qeyd edib.

V.Mahmudov öz növbəsində göstərilən qonaqpərvərliyə görə təşəkkürünü ifadə edib. Qonaq Azərbaycan və Özbəkistan arasında digər istiqamətlərdə olduğu kimi hərbi sahədə də əməkdaşlığın inkişaf etdiyini xüsusi vurğulayıb.

Görüşdə regional təhlükəsizliyə dair geniş müzakirələr aparılıb, həmçinin qarşılıqlı maraq doğuran bir sıra digər məsələlərdən danışılıb.

5b9ec9fd3b24c96fce944215ce3defd1

CATEGORIES