
Türkiyə Quru Qoşunları açıqlanmayan sayda TAYFUN Blok-2 ballistik raketini inventarına daxil edib.
Bu barədə “Poliqon” Türkiyə Milli Müdafiə Nazirliyinə istinadən xəbər verib.
Qeyd edək ki, ROKETSAN şirkəti tərəfindən hazırlanan TAYFUN raketinin ilk sınaq buraxılışı 18 oktyabr 2022-ci ildə həyata keçirilib. Sınaqdan sonra inkişaf işləri davam etdirilən TAYFUN-un müxtəlif versiyaları üzərində də çalışmalar aparılıb.
TAYFUN Blok-2 versiyası ilk dəfə 20 may 2026-cı ildə Türkiyə Quru Qoşunlarının silahlanmasına qəbul edilib. 500 kilometrdən artıq mənzilə malik olan TAYFUN BLOK-2, Türkiyənin ən uzaqmənzilli milli ballistik raketi kimi ön plana çıxır. Qısa müddətdə atışa hazır vəziyyətə gətirilə bilən raket GPS siqnallarının qarışdırılmasına qarşı yüksək elektron müharibə davamlılığına malikdir və gecə-gündüz, eləcə də müxtəlif hava şəraitində istifadə oluna bilir.





