QuruXəbərlər

MKE müxtəlif çaplı sursatların növbəti tədarüklərini həyata keçirib

Türkiyənin müdafiə sənayesinin aparıcı şirkətlərindən olan MKE son bir həftə ərzində həm Türkiyə Silahlı Qüvvələrinə, həm də xarici müştərilərinə yeni sursat və hərbi məhsulların tədarüklərini həyata keçirib.

MKE-dən “Poliqon”a verilən məlumata görə, şirkət tərəfindən Türkiyə Quru Qoşunları Komandanlığına müxtəlif sayda 155 mm artilleriya sursatı təhvil verilib.

Bununla yanaşı, müdafiə sənayesi üzrə tərəfdaş qurumlara 35 mm qəlpəli sursat və bu sursatlara aid ehtiyat hissələrinin çatdırılması da uğurla başa çatdırılıb.

Şirkət xarici sifarişlərin icrası çərçivəsində isə İspaniyaya 7.62 mm çaplı patronların tədarükünü həyata keçirib.

Back to top button