
Ötən il Azərbaycan Ordusunun hərbçiləri 15 ikitərəfli və çoxtərəfli beynəlxalq təlimlərdə iştirak edib
Ötən il ərzində Azərbaycan Ordusunun hərbi qulluqçuları 15 ikitərəfli və çoxtərəfli beynəlxalq təlimlərdə iştirak edib.
“Poliqon” xəbər verir ki, bu 2025-ci ilin yekunlarına dair keçirilmiş Müdafiə Nazirliyinin Kollegiya iclasında bildirilib.
Müxtəlif növ hərbi təlimlərin və intensiv döyüş hazırlığı məşğələlərinin keçirilməsi nəticəsində qoşunların döyüş qabiliyyətinin, eləcə də şəxsi heyətin peşəkarlıq səviyyəsinin daha da yüksəldiyi vurğulanıb.
Qeyd olunub ki, 2025-ci ildə səfərbərlik hazırlığına da xüsusi diqqət yetirilib, səfərbərlik ehtiyatlarının keyfiyyətinin artırılması istiqamətində mühüm addımlar atılıb. Belə ki, 2025-ci il ərzində toplanışlara cəlb edilən 19 mindən artıq müxtəlif ixtisaslı hərbi vəzifəlilərin bilik və bacarıqları təkmilləşdirilib, onlara silahlanmaya yeni qəbul edilmiş silah və texnikadan istifadə qaydaları öyrədilib, eləcə də praktiki məşğələlər keçirilib. Bu istiqamətdə görülən işlərin 2026-cı ildə də davam etdiriləcəyi bildirilib.


