
EDGE və DAPA 35 milyard dollarlıq müdafiə əməkdaşlığına imza atdı
Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) “EDGE Group” (EDGE) şirkəti Cənubi Koreyanın Müdafiə Satınalmaları Proqramı Agentliyi (DAPA) ilə müdafiə sənayesi sahəsində əməkdaşlığa dair memorandum imzalayıb.
“Poliqon” EDGE-yə istinadən xəbər verir ki, bu, BƏƏ və Cənubi Koreya arasında ikitərəfli müdafiə tərəfdaşlığında mühüm bir mərhələni qeyd edir.
Sözügedən memorandum ənənəvi tədarük münasibətlərindən kənara çıxaraq, daha dərin və uzunmüddətli əməkdaşlıq üçün dizayn, inkişaf, təlim və texniki xidmət sahələrini əhatə edən geniş müdafiə sənayesi əməkdaşlığı çərçivəsini müəyyən edir. Əməkdaşlıq sahələrinə inteqrasiya olunmuş hava hücumundan müdafiə sistemləri, qabaqcıl aviasiya qabiliyyətləri və dəniz gücü daxildir.
Bu çərçivə altında müdafiə əməkdaşlığının təxminən 35 milyard ABŞ dolları həcmində olması gözlənilir.


