Danimarka Ukrayna üçün yeni hərbi yardım paketini açıqlayıb

Danimarka Ukrayna üçün yeni hərbi yardım paketini açıqlayıb

Danimarka hökuməti Ukrayna Silahlı Qüvvələri üçün 6.7 milyard DKK (993 milyon ABŞ dolları) dəyərində 25-ci hərbi yardım paketini elan edib.

Bu barədə “Poliqon” Danimarka Müdafiə Nairliyinə istinadən xəbər verib.

Qeyd edilib ki, sözügedən paket Ukraynanın hava hücumundan müdafiə, artilleriya, sursat və Hərbi Hava Qüvvələrinə dəstək sahələrində müdafiə imkanlarını əhəmiyyətli dərəcədə gücləndirəcək.

Həmçinin Ukrayna üçün təşkil olunmuş hava hücumundan müdafiə, dron və İT koalisiyalarına da vəsait ayrılacaq.

CATEGORIES