DənizXəbərlər

“Elbit Systems” Almaniya HDQ-nin F-128 freqatlarını REM kompleksləri ilə təmin edəcək

İsrailin “Elbit Systems” şirkətinin “Elbit Systems Deutschland” törəmə müəssisəsi Almaniya Hərbi Dəniz Qüvvələrinin (HDQ) F-128 freqatlarını radioelektron mübarizə (REM) kompleksləri ilə təchiz edəcək.

“Poliqon” “Elbit Systems”ə istinadən xəbər verir ki, “TKMS” şirkəti ilə imzalanmış müqaviləyə əsasən, “Elbit Systems Deutschland” Almaniya HDQ-nin F-128 freqatları üçün inteqrasiya edilmiş “Aqua Marine” REM komplekslərini təmin edəcək.

Qabaqcıl və modul quruluşa malik REM kompleksi passiv və aktiv radioelektron mübarizə imkanlarını özündə birləşdirir. Bu imkanlar təhdidlərin aşkarlanmasına, identifikasiyasına və təhlilinə, eləcə də radioelektron müdafiə və elektron hücum əməliyyatlarının həyata keçirilməsinə şərait yaradır.

Mürəkkəb və yüksək sıxlıqlı əməliyyat mühitləri üçün nəzərdə tutulan sistem genişləndirilmiş situasiya məlumatlılığını, sürətli reaksiyanı, radioelektron kəşfiyyatı və müxtəlif hərbi dəniz platformaları arasında qarşılıqlı fəaliyyət imkanlarını təmin edir.

Photo Credit TKMS.jpeg

Back to top button