QuruXəbərlər

KONGSBERG Ukrayna üçün DESNA HHM sistemini hazırlayıb

Norveçin KONGSBERG şirkəti Ukrayna müdafiə sənayesi, eləcə də hər iki ölkənin dövlət qurumları ilə əməkdaşlıq çərçivəsində DESNA hava hücumundan müdafiə (HHM) sistemini hazırlayıb.

“Poliqon” KONGSBERG-ə xəbər verir ki, yeni sistem Ukraynanın hava məkanını pilotsuz uçuş aparatları (PUA) və digər hava təhdidlərindən qorumaq, xüsusilə insanların və kritik infrastrukturun təhlükəsizliyini təmin etmək üçün nəzərdə tutulub.

Bildirilib ki, DESNA layihəsi KONGSBERG və Ukrayna mərkəzli tərəfdaş şirkətin birgə əməkdaşlığı əsasında həyata keçirilib. Sistem Ukraynada istehsal olunan zenit raketləri və buraxılış qurğularından, eləcə də KONGSBERG şirkətinin atəşin idarə edilməsi və komanda-idarəetmə mərkəzindən ibarətdir.

Yeni sistem Ukraynada 2022-ci ildən istismarda olan NASAMS zenit-raket komplekslərini tamamlayacaq. Hər iki sistem KONGSBERG şirkətinin komanda-idarəetmə həlləri əsasında fəaliyyət göstərir.

DESNA-nın əsas xüsusiyyətlərindən biri Ukrayna istehsalı olan raketlərdən istifadə etməsidir. Bu raketlərin nisbətən aşağı maya dəyəri ilə böyük həcmdə istehsalı mümkün olduğundan, sistemin hava hücumundan müdafiə imkanlarının daha sərfəli şəkildə genişləndirilməsinə töhfə verəcəyi gözlənilir.

Qeyd edək ki, DESNA adı Ukraynada yerləşən eyniadlı çayın adından götürülüb.

Back to top button