Azərbaycanın müdafiə sənayesi naziri HAVELSAN texnologiyaları ilə tanış olub

Azərbaycanın müdafiə sənayesi naziri HAVELSAN texnologiyaları ilə tanış olub

Azərbaycan müdafiə sənayesi naziri Vüqar Mustafayevin rəhbərlik etdiyi nümayəndə heyəti Türkiyəyə rəsmi səfər çərçivəsində HAVELSAN şirkətində olub.

“Poliqon”un məlumatına görə, bu barədə HAVELSAN-ın baş direktoru Mehmet Akif Nacar özünün “X” sosial şəbəkə hesabında paylaşım edib.

Bildirilib ki, ziyarət zamanı Vüqar Mustafayevə HAVELSAN-ın qabaqcıl texnologiyaları və şirkətin Azərbaycanda icra etdiyi mövcud layihələr barədə məlumat təqdim olunub.

CATEGORIES