
Azərbaycan müdafiə sənayesi naziri Vüqar Mustafayevin rəhbərlik etdiyi nümayəndə heyəti Türkiyəyə rəsmi səfər çərçivəsində HAVELSAN şirkətində olub.
“Poliqon”un məlumatına görə, bu barədə HAVELSAN-ın baş direktoru Mehmet Akif Nacar özünün “X” sosial şəbəkə hesabında paylaşım edib.
Bildirilib ki, ziyarət zamanı Vüqar Mustafayevə HAVELSAN-ın qabaqcıl texnologiyaları və şirkətin Azərbaycanda icra etdiyi mövcud layihələr barədə məlumat təqdim olunub.







