Danimarka Ukraynaya “Caesar” ÖAQ tədarük edəcək

Danimarka Ukraynaya “Caesar” ÖAQ tədarük edəcək

Danimarka Ukraynaya “Caesar” özüyeriyən artilleriya qurğuları (ÖAQ) tədarük edəcək.

“Poliqon” Danimarka Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, bu, Danimarkanın Ukraynaya ayırdığı 16-cı hərbi yardım paketində öz əksini tapıb.

Bildirilib ki, hərbi yardım paketinə “Caesar” ÖAQ-lardan başqa, 155 mm-lik artilleriya mərmiləri, 120 mm-lik özüyeriyən minaatanlar və onlar üçün sursatlar daxildir.

CAESAR (Camion équipé d’un système d’artillerie) Fransanın “Nexter” şirkəti tərəfindən layihələndirilmiş və istehsal edilmiş 155 mm-lik özüyeriyən artilleriya qurğusudur. Zirehli kabinalı 6×6 təkər formullu Renault Sherpa 10 şassisində quraşdırılmış artilleriya hissəsi 155 çaplı, 52 çap uzunluğunda lüləyə malik TR F1 haubitsasının təkmilləşdirilmiş variantıdır.

Haubitsadan ERFB mərmilərlə elan edilmiş atış məsafəsi 41 km, M982 “Excalibur” aktiv-reaktiv mərmilərlə 46-49 km, М2005 V-LAP mərmilərlə isə 54 km-dir. Atəş tezliyi 6 saniyədə 3 atış, daşınan döyüş dəsti 18 atəş yığımıdır. Gövdə uzunluğu 10500 mm, eni 2500 mm və hündürlüyü 3260 mm-dir. Döyüş vəziyyətində çəkisi 17,7 ton, heyəti 4-5 nəfərdir.

CATEGORIES
TAGS