Xəbərlər
Brüsseldə Azərbaycan-NATO əməkdaşlığının gələcək perspektivləri müzakirə olunub

Brüsseldə işgüzar səfərdə olan Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov NATO Baş katibinin Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Kevin Hamilton ilə görüşüb.
“Poliqon” xəbər verir ki, bu barədə Azərbaycanın NATO yanında Nümayəndəliyi məlumat paylaşıb.
Bildirilib ki, görüş zamanı Azərbaycan-NATO əməkdaşlığının hazırkı vəziyyəti və gələcək perspektivləri müzakirə olunub.
Tərəflər tərəfdaşlığın dərinləşdirilməsi, o cümlədən siyasi, hərbi və humanitar sahələrdə qarşılıqlı faydalı əməkdaşlığın inkişaf etdirilməsi istiqamətində ortaq istəklərini bir daha təsdiqləyiblər.





