
MKE istehsalı müxtəlif kalibrli silah-sursat Türkiyə Silahlı Qüvvələrinin inventarına daxil edilib
“Makine ve Kimya Endüstrisi” (MKE) şirkəti tərəfindən istehsal edilən müxtəlif kalibrli silah və sursat Türkiyə Silahlı Qüvvələrinin inventarına daxil edilib.
“Poliqon” xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.
Həmçinin MKE şirkəti aviasiya, kosmos və müdafiə sənayesi üçün müəyyən edilmiş qlobal standartlara uyğunluğu təsdiqləyən AS9100 Kosmos və Müdafiə Sənayesi Keyfiyyət İdarəetmə Sistifikatını keçirilmiş auditin uğurla tamamlanmasından sonra əldə edib.
TAGS Manşet


