Rusiya yaxın 8 ildə 10 strateji sualtı atom qayığı alacaq

Rusiyanın 2011-2020-ci illər üçün Silahlanma üzrə Dövlət Proqramına ciddi dəyişiklər edilib. “AzeriDefence”nin Rusiyanın “Kommersant” qəzetiə istinadən verdiyi məlumata görə, dəyişikliklərə əsasən böyük həcmdə hərbi sursat və texnikanın alınması nəzərdə tutulub. Sənəddə Rusiya Hərbi-Dəniz Donanmasının (HDD) gücləndirilməsi və inkişafı ilə bağlı yeniliklər də öz əksini tapıb.

Sənəddə 10 ədəd 955 markalı “Borey” strateji sualtı atom qayıqlarının alınması, o cümlədən çoxməqsədli APL markalı “Yasen” sualtı qayığının əldə olunması da qeyd olunub. Bütün gəmilərin “Sevmaş” Severodvinski İstehsalat Müəssisəsində tikilməsi nəzərdə tutulub. Bundan başqa “Varşavyanka” markalı 20 sualtı gəminin də alınması sənəddə öz əksini tapıb.

Freqatların sayı isə 15-dən 14-də salınıb. Dövlət proqramı çərçivəsində donanma 8 ədəd 22350 və 6 ədəd 11356 markalı freqatlarla da təchiz ediləcək.

Bununla yanaşı Rusiya Müdafiə Nazirliyi 21630 “Buyan” markalı 6 kiçik həcmli artilleriya və 6 irihəcmli 11711 markalı desant gəmilərinin istehsalına başlamağı da qərarlaşdırıb.

Qeyd edək ki, bir müddət əvvəl Rusiya baş nazirinin müavini Dimitri Roqozin Hərbi Dəniz Donanmasının gücləndirilməsi məqsədilə 30 illik dövlət proqramının hazırlandığı haqda açıqlama vermişdi. D. Roqozin qeyd etmişdi ki, hərbi donanmaya ayrılan vəsait Rusiya dövlət büdcəsinin 10 faizini əks etdirəcək.

2011-ci ilin aprelində isə baş nazir Vladimir Putin 2020 ilə qədər Rusiya HDD üçün 5 trilyon rubl vəsaitin xərclənəcəyini bildirib.

CATEGORIES