
Azərbaycanın müdafiə sənayesi naziri Vüqar Mustafayev və Nazirliyin əməkdaşları 8 Noyabr – Zəfər Günü ilə əlaqədar Bakı şəhərində yerləşən Zəfər parkına gələrək Zəfər Gününə həsr olunmuş memorial abidəni ziyarət ediblər.
Müdafiə Sənayesi Nazirliyinin Mətbuat Xidmətindən “Poliqon”a verilən məlumata görə, ziyarət zamanı Azərbaycanın ərazi bütövlüyü və suverenliyinin bərpası uğrunda canlarından keçərək şəhidlik zirvəsinə ucalmış qəhrəman Vətən övladlarının əziz xatirəsi ehtiramla yad olunub, abidənin önünə gül dəstələri düzülüb.
Qeyd edək ki, “Azərbaycan Respublikasında Zəfər Gününün təsdiq edilməsi haqqında” Azərbaycan Prezidentinin 2020-ci il 3 dekabr tarixli Sərəncamına əsasən, hər il noyabrın 8-i ölkəmizdə Zəfər Günü kimi təntənəli şəkildə qeyd olunur.











