DənizQuruXəbərlər

Kipr, Fransa və İsveç “Akeron MP” raketlərinin satın alınması ilə bağlı saziş imzalayıb

“Euronaval 2026” sərgisi çərçivəsində Kipr, Fransa və İsveç arasında MBDA şirkətindən “Akeron MP” ortamənzilli tank əleyhinə idarə olunan raketlərinin birgə satın alınmasına dair çərçivə sazişi imzalanıb.

“Poliqon” Fransanın Silahlanma Baş İdarəsinə istinadən xəbər verir ki, satınalma, xüsusilə, Avropa İttifaqının “Security for Action for Europe” (SAFE) maliyyələşdirmə mexanizmi çərçivəsində həyata keçiriləcək.

“Akeron MP” ortamənzilli raketi MBDA tərəfindən hazırlanmış, zirehli texnikanın və möhkəmləndirilmiş hədəflərin məhv edilməsi üçün nəzərdə tutulan yüksək dəqiqlikli tank əleyhinə raketdir. Təkmil tuşlama sistemi sayəsində raket müxtəlif əməliyyat şəraitində hədəflərin dəqiq vurulmasına imkan verir.

Back to top button