
Türkiyənin STM şirkəti tərəfindən Ukrayna Hərbi Dəniz Qüvvələri (HDQ) üçün inşa edilən “Hetman İvan Vıqovski” korvetinin inşası ilə bağlı işlər yekunlaşmaq üzrədir.
“Poliqon” xəbər verir ki, bu barədə Ukrayna Prezident Ofisinin rəhbəri Kirill Budanov özünün “Facebook” hesabında paylaşım edib.
O, Ukrayna Hərbi Dəniz Qüvvələrinin güclənməkdə davam etdiyini vurğulayaraq bildirib: “İstanbulda “Hetman İvan Vıqovski” korvetinin inşası ilə tanış oldum. İşlər yekunlaşmaq üzrədir. Bu, Türkiyənin STM şirkətinin Ukrayna Hərbi Dəniz Qüvvələri üçün inşa etdiyi ikinci gəmidir”.
K.Budanovun sözlərinə görə, qarşıda gəminin ilk dənizə çıxışı, sınaqları və Ukraynaya təhvil verilməsi mərhələləri var.
Xatırladaq ki, “Ada” sinifli “Hetman İvan Vıqovski” korvetinin inşasına 2023-cü ilin avqustunda başlanılıb və gəmi 2024-cü ilin avqustunda suya endirilib. Korvetin 2026-cı ilin sonuna qədər dəniz sınaqlarına başlaması gözlənilir.
Ukrayna HDQ-nin donanmasında xidmət göstərəcək korvetin uzunluğu 99,44 metr, eni 14,42 metr, su basımı isə 2400 tondur. Gəminin maksimal sürəti 29+ düyün, üzmə məsafəsi isə 3500 dəniz milidir.








