HavaXəbərlər

TOLUN-P sursatı radioelektron maneələr mühitində sınaqdan keçirilib

Türkiyənin ASELSAN şirkəti tərəfindən hazırlanan TOLUN P aviasiya sursatının “Akıncı” pilotsuz uçuş aparatından (PUA) növbəti atış sınağı həyata keçirilib.

“Poliqon” ASELSAN-a istinadən xəbər verir ki, radioelektron maneələr mühitində icra edilən sınaq zamanı “Akıncı”dan atılan iki ədəd TOLUN P sursatı hədəfi tam dəqiqliklə vurub.

Sınaq deşici döyüş başlığına malik TOLUN P sursatının radioelektron mübarizə şəraitində də hədəfləri yüksək dəqiqliklə məhv etmək qabiliyyətini nümayiş etdirib.

Back to top button