DənizXəbərlər

Britaniya HDQ-də ilk avtonom eskadron yaradılıb

Böyük Britaniya Hərbi Dəniz Qüvvələrinin (HDQ) ön xətt əməliyyatlarında insansız dəniz aparatlarından (İDA) istifadə edəcək ilk avtonom eskadronu fəaliyyətə başlayıb.

“Poliqon” Britaniya HDQ-yə istinadən xəbər verir ki, 1-ci Avtonom Eskadron (1st Autonomous Squadron) Portsmut Hərbi Dəniz Bazasında (HMNB Portsmouth) keçirilən rəsmi mərasimlə xidmətə qəbul edilib.

Mərasim çərçivəsində eskadronun istifadə edəcəyi “Kraken” və “Rattler” tipli suüstü İDA-ların nümayişi keçirilib. Aparatlar idarəetmə mərkəzindən Portsmut limanında manevrlər ediblər.

Bu hadisə ənənəvi hərbi gəmilərin və bölmələrin insansız və avtonom texnologiyalarla inteqrasiyasını nəzərdə tutan hibrid donanmanın formalaşdırılması istiqamətində Britaniya Hərbi Dəniz Qüvvələrinin fəaliyyətinin davamı kimi qiymətləndirilir. Hibrid donanmanın inkişafı üçün dörd il ərzində 1,5 milyard funt sterlinq investisiya nəzərdə tutulub.

Back to top button