QuruXəbərlər

“Rostex” “Çitadel” zenit-artilleriya kompleksinin mobil versiyasını hazırlayır

Rusiyada “Rostex” Dövlət Korporasiyasının mütəxəssisləri “Çitadel” zenit-artilleriya kompleksinin (ZAK) mobil versiyasını hazırlayır.

Bu barədə “Poliqon” “Rostex” Dövlət Korporasiyasına istinadən xəbər verib.

Bildirilib ki, döyüş modulu, eləcə də radiolokasiya və optik aşkarlama sistemləri artıq nəqliyyat vasitəsinin şassisi üzərində quraşdırılıb. Bu, ZAK-ın hava hücumundan müdafiəyə ehtiyacı olan müxtəlif obyektlərə operativ şəkildə köçürülməsinə imkan verəcək. Sistem, həmçinin mobil atəş qruplarının hədəfləri məhv etmək imkanlarını genişləndirəcək.

“Rostex”in qeyd etdiyinə görə, hazırda “Çitadel” kompleksinin stasionar variantı döyüş şəraitində öz taktiki-texniki xüsusiyyətlərini təsdiqləyib. Kompleks müxtəlif tipli pilotsuz uçuş aparatlarını, eləcə də qanadlı raketləri effektiv şəkildə məhv etməyə imkan verir.

Bununla yanaşı, idarə olunan ağıllı mərmilər və yeni atəşi idarəetmə sistemi sayəsində “Çitadel” standart ZAK-larla müqayisədə xeyli az döyüş sursatı sərf edir.

photo 2026 11 05 15 35 16 2

Back to top button