Əlcəzair MEKO A200N sifariş edib
Əlcəzair Müdafiə Nazirliyi 2 ədəd MEKO A200N gəmisinin tikintisi ilə əlaqədar Almaniyanın “ThyssenKrupp Marine Systems” (TKMS) şirkəti ilə müqavilə bağlayıb.
“AzeriDefence”nin məlumatına görə, bu freqatlar gəmiəleyhinə RBS-15 Mk3 raketləri ilə də təchiz ediləcək. Bu raketlər İsveçin “Saab Bofors Dynamics” və Almaniyanın “Diehl BGT Defence” kompaniyaları tərəfindən istehsal olunub. Raketlərin atəş uzaqlığı 200 km-dir. MEKO A200N həmçinin “Umkhonto” hava hücumundan müdafiə sistemi və MU90 torpedaları də ilə də təchiz ediləcək.
Əlcəzair bu iki freqatdan başqa iki sisterşipə də sahib olmaq niyyətini açıqlayıb. Həmçinin 6 ədəd Super Lynx helekopterləri, 82 ədəd MU90 torpedasını da sifariş edib.
Müqavilələrin dəyəri isə 2,17 milyard avro həcmindədir.
Qeyd edək ki, freqatın çəkisi 3590 ton, uzunluğu isə 121 metrdir.