İri çaplı silahların geri təpmə qüvvəsini ölçən stend yaradılıb

İri çaplı silahların geri təpmə qüvvəsini ölçən stend yaradılıb

AMEA Yüksək Texnologiyalar Parkının rezidenti “DN Technologies” şirkəti tərəfindən AMEA Strateji Elmi Tədqiqatlar Mərkəzi (SETM) ilə birlikdə müxtəlif növ iri çaplı tank pulemyotlarının geri təpmə qüvvəsini ölçən stend yaradılıb.

Müdafiə Nazirliyinin Döyüş Hazırlığı və Hərbi Təhsil Baş İdarəsi ilə birgə hazırlanan stenddə keçirilmiş sınaq atışlarında müsbət nəticələr əldə edilib, stend öz işçi parametrlərini sınaq müddətində tam doğruldub.

AZERİ DEFENCE jurnalına danışan “DN Technologies” şirkətinin direktoru Ceyhun Nabadov bildirib ki, bu, rəhbərlik etdiyi şirkətin hazırladığı birinci stend deyil. Bu qurğu 7.62×54 mm çapdan 23 mm çapadək iriçaplı pulemyotların təpmə qüvvəsini dəqiqliklə yoxlamağa imkan verir.

“Mövcud stenddə 12.7×108 mm NSVT pulemyotunun təpmə qüvvəsini ölçdük. Silahın təpmə qüvvəsini bilməyimiz gələcəkdə döyüş modulları üçün silah yatağının yaradılmasında lazımdır. Bu bilgilər əsasında silah yatağına ideal yay-amortizator sistemi və prujinlər xüsusi sifarişlə hazırlanır. Onu da qeyd etmək istərdim ki, Sovet silahlarında təpmə güclüdür və bu da hədəfi vurma dəqiqliyinə təsir göstərən əsas faktorlardandır. Təpmə qüvvəsi böyük olduqda maksimal atış məsafələrində dəqiqlik səviyyəsi azalır.  Sovet silahlarının təpmə qüvvəsi barədə məlumatlar olduqca azdır, xüsusi ədəbiyyatlarda belə bu cür məlumatlara rast gəlmirik. Hazırlanan stend 7.62 mm PKT, 12.7 mm NSVT, 14.5 mm KPVT, 20 və 23 mm topların  təpmə qüvvələrini hesablamağımıza imkan verəcək”, – deyə C. Nabadov qeyd edib.

Şirkət rəbəri bildirib ki, yoxlama qurğusu üçün yaradılmış proqram təminatı silahın təpmə qüvvəsini diaqram şəklində, həmçinin kilo və nyuton şəklində çıxarmağa imkan verir.

Nabadovun sözlərinə görə, son illər bu tip sınaq sistemlərinə tələb artmaqdadır.

“Sistem inteqrator şirkətləri, mərmi və sursat istehsalçılarının bu cür və ya buna oxşar sistemlərə ehtiyac getdikcə artır. Bazarda xarici şirkətlərin istehsal etdiyi radarlar və stendlər var. Lakin həmin məhsulların qiyməti bahadır. Digər tərəfdən, proqram təminatı xarici dildədir. Məhsulların istismar müddəti bitəndən sonra onun ehtiyyat hissələrini və proqram təminatını yeniləmək çətin və baha başa gəlir”, – deyə C.Nabadov vurğulayıb.

mmm 2 e1575901398542

CATEGORIES