Türkiyə təhlükəsizlik qüvvələrinə 65 000-dən artıq yeni avtomat tədarük edilib

Türkiyə təhlükəsizlik qüvvələrinə 65 000-dən artıq yeni avtomat tədarük edilib

Türkiyə təhlükəsizlik qüvvələrinə 5.56 mm-lik avtomatın tədarükü davam edir.

“AzeriDefence”nin məlumatına görə, bu barədə Müdafiə Sənayesi Komitəsinin (SSB) sədri İsmail Dəmir sosial media hesabında deyib.

Yeni avtomatlar Türkiyənin Makina və Kimya Sənayesi Qurumu (MKEK), “Kalekalıp” və “Sarsılmaz” şirkətləri tərəfindən istehsal edilir.

SSB sədri təhlükəsizlik qüvvələrinə təhvil verilən 5.56 mm-lik avtomatların sayının 65 000-i keçdiyini bəyan edib.

5.56 kalibrli avtomatı MKEK MPT-55, “Kalekalıp” KCR556 və Sarsilmaz isə SAR 223P adında istehsal edir.

 

 

CATEGORIES
TAGS