Malayziya 400 ədəd ZTR almaq üçün tenderə hazırlaşır

Malayziya 400 ədəd ZTR almaq üçün tenderə hazırlaşır

Malayziya Ordusu 6×6 təkər formullu təkərli zirehli transportyorların alınması üzrə beynəlxalq tenderin açılışına hazırlaşır.

“Poliqon” xəbər verir ki, “Yeni nəsil təkərli zirehli transportyor layihəsi” (Next Generation Wheeled Armoured Vehicle project) olaraq adlandırılan satınalma, SIBMAS 6×6 və “Condor” 4×4 parkını əvəz etmək üçün 400 ədəd 6×6 təkər formullu təkərli zirehli transportyorun əldə edilməsi məqsədini daşıyır.

Yeni maşınların Malayziya Ordusunda ən çoxsaylı zirehli maşın olması gözlənilir. Tenderdə Türkiyənin FNSS, İndoneziyanın “PT Pindad”, Kanadanın “General Dynamic Land Systems Canada” və Cənubi Koreyanın “Hyundai Rotem” şirkətlərinin iştirak edəcəyi ehtimal olunur.

Türkiyənin FNSS şirkətinin PARS II 6×6 zirehli transportyorunu, İndoneziyanın “PTT Pindad” şirkətinin isə Anoa 6×6 zirehli transportyorunu təklif etməsi gözlənilir.

Kanadanın “General Dynamics Land Systems Canada” şirkəti uğurlu LAV seriyalı transportyorların 6×6 versiyasını, Cənubi Koreyanın “Hyundai Rotem” şirkəti isə yeni təkərli K806 6×6 zirehli transportyorunu təklif edə bilər.

Yeni zirehli maşınların istehsalının Malayziyadakı yerli sənayenin istehsal müəssisələrində həyata keçiriləcəyi də gözləntilər içərisindədir. Belə olduğu halda, Türkiyənin FNSS şirkəti, yaxın vaxtlarda Malayziyalı ortağı “DefTech” ilə birlikdə AV8 “Gempita” olaraq bilinən PARS 8×8 zirehli maşınlarının istehsalını tamamladıqları üçün üstünlüyə malikdir.

400 ədəd yeni 6×6 təkərli zirehli transportyorun satınalma proqramına əlavə olaraq, Malayziya Ordusunun Birləşmiş Millətlər Təşkilatının Sülhməramlı Əməliyyatlarının tələblərinə cavab verə biləcək 36 ədəd 4×4 təkər formullu zirehli nəqliyyat vasitəsini satın alması da ehtimal olunur.

Hal-hazırda Malayziya Ordusunda silahlanmada yer alan “Condor” zirehli transportyoru Almaniyanın “Henschel Wehrtechnik GmbH” şirkəti tərəfindən iistehsal edilib. Bununla belə, Belçikanın “BN Constructions Ferroviaires et Metalliques” şirkəti tərəfindən istehsal olunan və 90 mm çaplı aşağı təzyiqli “Cockerill” silahı ilə silahlandırılmış “SIBMAS 6×6 zirehli transportyoru 1981-ci ildən silahlanmadadır.

Malayziya Ordusunda “Condor” zirehli transportyoru şəxsi heyətin daşınması üçün, “SİBMAS” zirehli transportyoru isə piyada hissələrinin atəş dəstəyi maşını kimi istifadə olunur.

ə1 1

“Condor” 4×4 zirehli transportyoru

ə2 2

SIBMAS 6×6 (AFSV-90) zirehli transportyoru

ə3 2

PARS 8×8 zirehli transportyoru

ə4 2

“Anoa” 6×6 zirehli transportyoru

ə5 2

K806 6×6 zirehli transportyoru

ə6 2

LAV 6.0 zirehli transportyoru

Əhəd Əzizov

Poliqon.az

CATEGORIES
TAGS